Molla rejimi şübhəli şəkildə iraqlıları Təbrizə köçürür

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, otqçi fars-molla rejimi şübhəli şəkildə iraqlıları Təbrizə köçürür.

Məsələyə artıq Təbriz Şəhər Şurasının keçmiş üzvü də toxunaraq, bu məsələnin təhlükəli olacağını xatırladıb.

İraqlıların sistemli şəkildə Təbrizə köçürülməsi ilə bağlı xəbərlərin dərcindən sonra Səhənd Şəbəkəsinin “Kəndimiz” proqramının məşhur aparıcısı, Təbriz Şəhər Şurasının keçmiş üzvü Məhərrəm Məhəmmədzadə də məsələni təsdiqləyib və bu məsələnin nəticələrindən narahatlığını bildirib.

Məhərrəm Məhəmmədzadə bu barədə İnstaqram hesabında paylaşım edərək, yazıb: “Təbriz Milli və Azad Universiteti hər birinin cibində bir bağlama dollar olan və bu torpağın suyu, şöhrəti və subsidiyaları ilə yaşayan iraqlı tələbələr ilə doludur və onların başlarında nə fikirlər olduğunu bir Allah bilir. Azərbaycan gələcəkdə iraqlılar üçün kurort zonamı olacaq?”

Qeyd edək ki, irqçi fars-molla rejimi Azərbaycanla düşmənçilik üçün əlindən gələn hər bir addıma əl atır. Bəzən kürdləri Azərbaycan ərazisinə köçürür, bəzən isə başqa xalqları. İndi isə iraqlıların şübhəli şəkildə Təbrizə köçürülməsi gündəmdədir.

Həmçinin yoxlayın

Molla rejimi adi şəxslərin əmlakını müsadirə etməyə davam edir

GADTB: İranda Tehran Prokurorluğu tərəfindən 250 nəfərin əmlakı müsadirə olunub. Bu barədə İRNA agentliyi məlumat …

Tramp: İranın cavabının qəbul edilməyəcəyini və raket potensialının məhv ediləcəyini bildirdi

GADTB: ABŞ prezidenti Donald Tramp İranın münaqişəyə son qoymaq üçün təqdim etdiyi cavabın Vaşinqton tərəfindən …