Şənbə , Mart 15 2025
azfa

Azərbaycanlı fəal Fatimə Atəşi Xiyavi Evin zindanında həbsdədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Fatimə Atəşi Xiyavi” 23 fevralda Evin prokurorluğunun qərarların İcrası İdarəsinə getdikdən sonra həbs olunub və Evin zindanına köçürülüb.

Azərbaycanlı xanım fəal daha əvvəl rejim əleyhinə təbliğat və kiberməkanda fəaliyyət kimi ittihamlarla İnqilab Məhkəməsi tərəfindən həbs cəzasına məhkum edilib.

Qeyd edək ki, Fatimə Atəşi Xiyavi Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsinin müdiri – hakim Əbülqasım Sələvati tərəfindən “toplaşma və əlbir olma” ittihamı ilə 5 il həbsə məhkum edilib və həmin həbsin 3 ili 5 il müddətinə təxirə salınır. Azərbaycanlı xanım fəal “rejim əleyhinə təbliğat fəaliyyəti” ittihamı ilə isə 1 il həbs cəzası alıb.

Həmçinin yoxlayın

Uitkoff Moskvadan Bakıya gəldiyi iddia olunur

GADTB: ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiven Uitkoffun olduğu ehtimal edilən təyyarə Moskvanı tərk …

Molla rejimi azərbaycanlı körpəyə Xaqan adına 7 dəfə doğum haqqında şəhadətnamə verməkdən imtina edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin Təbrizdə yerləşən Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı …