Cümə axşamı , May 14 2026
azfa

Urmiya gölü adalarında yaşayan sarı maralın nəsli kəsilir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin Urmiya gölünü qurutması nəticəsində Urmiya gölü adalarında yaşayan sarı maralın nəsli kəsilir.

Artıq gölün adalarında, xüsusən Raşkan adasında yaşayan sarı maralların nəsli sürtlə tükənir.

Hazırda həmin adada yalnız 13 baş maral qalır.

Bundan əvvəl isə Urmiya gölü adalarında sarı maralların sayı minlərlə olub.

Göl qurudulandan sonra maralların nəsli sürətlə tükənməyə başlayıb.

Bununla yanaşı 2023-cü ilin iyul ayında 60 baş sarı maral Kirman əyalətinə köçürülüb.

Qeyd edək ki, maralların sayının azalması gölün qurudulması nəticəsində bitki örtüyünün azalması və bununla da adaların quru ilə birləşməsidir.

Bu isə həmin nadir heyvan növlərinin adalardan çıxaraq ətraf bataqlıqlarda məhv olmasına səbəb olur.

Eyni zamanda yırtıcı heyvanlar bölgəyə girərək sarı maralları ovlayaraq ekosistemin kəskin dəyişməsinə səbəb olurlar.

Həmçinin yoxlayın

İran 30-dan çox gəminin Hörmüz boğazından keçməsinə icazə verdiyini bildirir

GADTB: İranın hökumətyönlü media qurumları cümə axşamı bildiriblər ki, İran İslam Respublikasının hərbi qüvvələri ötən …

Molla rejimin həbs etdiyi türkmən gənc Məhəmmədrza Mühümianın vəziyyətindən 3 aydır xəbər yoxdur

GADTB: Təxminən 3 ay keçməsinə baxmayaraq, Məhəmmədrza Mühümian adlı Gümbəd Kavuslu türkmən gəncin taleyi və …