Bazar , Oktyabr 18 2026
azfa

İran saytları vətəndaşları Ermənistana səfər etməyə təşviq edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi hər sahədə Ermənistanı dəstəkləməklə qalmır, həm də İran saytları əhalini Ermənistana səfər etməyə həvəsləndirir.

 “Namehnews” saytı qərəzli bir şəkildə əhalini Ermənistana səfər edə bilməsi üçün sərfəli yollara toxunaraq yazıb: “Siz də İrəvana uçmağı planlaşdırırsınız? Bilməlisiniz ki, bu gün bir çox komanda və şirkətlər bu xidmətləri göstərməkdə fəaldırlar və öz xidmətlərini iranlı müştərilərə təqdim edirlər”.

Saytda İrəvan şəhərinin turistik bölgələrindən söz açılaraq, bildirilib ki, “İrəvan həmişə ölkədə strateji və mühüm yer kimi tanınıb”.

Qeyd edək ki, Tehrandan İrəvana sərnişin uçuşları yüksək xərc tələb etmir. Bununla da, İran mediası əhalini Ermənistana səfər etməyə təşviq edir.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …