Cümə axşamı , May 14 2026
azfa

BMT İran üzrə faktaraşdırıcı komitənin missiyası uzadılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, BMT-nin İnsan Haqları Şurası qətnamə qəbul edərək, şuranın İran üzrə xüsusi məruzəçisi May Satonun missiyasını uzadıb.

Eyni zamanda, İran etirazlarının yatırılması ilə bağlı Faktaraşdırıcı Komitənin işinin vaxt məhdudiyyəti olmadan davam etdirilməsinə qərar verib.

Bildirilib ki, Cenevrədə keçirilən iclasda qətnamə 24 lehinə, 8 əleyhinə və 15 bitərəf olmaqla təsdiq edilib. Əleyhinə səs verən ölkələr arasında Çin, Kuba, İndoneziya, Sudan, Vyetnam və Boliviya da var. Qətər, Küveyt və Gürcüstan qətnaməyə səsvermədə bitərəf qalan ölkələr arasında olub.

İranda insan haqları üzrə xüsusi məruzəçinin mandatı Şuranın növbəti sessiyasına qədər uzadılıb. Bu məruzəçidən tələb olunur ki, İranda insan hüquqlarının pozulması ilə bağlı sənədləşdirilmiş hesabatlar hazırlayıb İnsan Haqları Şurasına və BMT Baş Assambleyasına təqdim etsin.

İki il öncə kütləvi etiraz aksiyalarından sonra yaradılmış Müstəqil Beynəlxalq Fakt Araşdıran Missiyanın missiyası genişləndirilmiş və fəaliyyət dairəsi genişlənmişdir. Missiyanın vəzifəsi etirazların repressiyasına, o cümlədən gender və etnik ayrı-seçkiliyə, həddindən artıq zorakılığa və etirazçıların hüquqlarının geniş şəkildə pozulmasına dair sübut və sənədlərin toplanması və qorunmasıdır.

Qətnamədə bildirilir ki, faktaraşdırıcı missiyanın əsas məqsədlərindən biri cinayətləri törədən şəxslərin məsuliyyətdən yayınmaması üçün gələcək müstəqil məhkəmə təqibi üçün sübutlar hazırlamaqdır.

Həmçinin yoxlayın

Molla rejimin həbs etdiyi türkmən gənc Məhəmmədrza Mühümianın vəziyyətindən 3 aydır xəbər yoxdur

GADTB: Təxminən 3 ay keçməsinə baxmayaraq, Məhəmmədrza Mühümian adlı Gümbəd Kavuslu türkmən gəncin taleyi və …

ABŞ enerji naziri: İran rejimi silah səviyyəli urana çox yaxınlaşıb və bir neçə həftə ərzində buna çata bilər

GADTB: ABŞ enerji naziri Kris Rayt açıqlamasında bildirib ki, İran İslam Respublikası silah səviyyəsində zənginləşdirilmiş …