Şənbə , Noyabr 14 2026
azfa

Molla rejimi Təbrizdə tikilməli olan hotelə Noşəhrə açılış edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Təbrizdə tikiləcəyini bildirdiyi 5 ulduzlu Araz hotelini Mazandaran əyalətinin Noşəhr şəhərində açılış edib.

Keçirilən açılış mərasimində İran Prezidentinin birinci müavini Məhəmməd Rza Arif də iştirak edib.

Təbrizli iş adamı Həmid Kəbir Cabbariyə məxsus  30 qatlı və 515 otaqdan ibarət olan hotelin inşasına 150 milyon dollar xərclənib və 900 nəfər hoteldə işə götürülüb.

İran mediasının yazdığına görə, Araz hoteli İran və Orta Şərqin ən böyük sahilyanı hotelidir.

Qeyd edək ki, bundan əvvəl Şərqi Azərbaycan və Təbriz şəhərinin turizm potensialını artırmaq üçün həmin hotelin Təbrizdə inşası planlaşdırılsa da, buna icazə verilməmişdi.

Həmçinin yoxlayın

ABŞ: İran ticarət gəmilərinə hücumlar və terrorizmə dəstəklə dünya təhlükəsizliyini və iqtisadiyyatını təhdid edir

GADTB: Amerika Birləşmiş Ştatlarının BMT-dəki nümayəndəliyi Təhlükəsizlik Şurasında çıxışı zamanı İran İslam Respublikası rejimini qonşu …

Türkiyə və Qətər arasında qarşılıqlı müdafiə sazişi imzalnıb

GADTB: Türkiyə və Qətər arasında qarşılıqlı müdafiə sazişi imzalnıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib …