
GADTB: İrqçi fars-molla rejimin ETTELAAT qüvvələri iyunun 13-dən 24-ə kimi ölkənin müxtəlif bölgələrində 700 nəfəri həbs edib.
Molla rejimi iddia edir ki, 12 günlük müharibədə İsrailin 700 casus və muzdlusunu həbs edilib
Rəsmi medianın iddiasına görə, həmin şəxslər PUA- idarə etməkdə, bombalar hazırlamaqda, hərbi obyektlərin görüntülərini əldə etməkdə və İsrailə kəşfiyyat məlumatları ötürməkdə ittiham olunurlar.
Bundan başqa, Tehranda 10 minə yaxın İsrail PUA-sının tapıldığı da bildirilir.
İnsan haqları təşkilatları isə Tehran rejminin yaranmış vəziyyətdən istifadə edərək müxalidlərə qarşı yeni repressiya dalğası başlatdığı barədə xəbərdarlıq ediblər.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi