Bazar , Sentyabr 20 2026
azfa

BAEA İranın 400 kiloqram 60% zənginləşdirilmiş uranından məlumatsızdır

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) İsrail ilə münaqişənin kəskinləşməsindən sonra İranın zənginləşdirilmiş uranını izləmək imkanını itirib.

Bunu agentliyin baş direktoru Rafael Qrossi “France 2” telekanalının efirində deyib.

“60% zənginləşdirilmiş 400 kiloqram uran ciddi məsələdir. Bu material haradasa var, lakin döyüş başlayandan sonra agentlik onun izini itirib”, – deyə o əlavə edib.

Qrossinin sözlərinə görə, hərbi əməliyyatların davam etməsinə baxmayaraq, İran istənilən halda agentliyin müfəttişlərinə materialın harada yerləşdiyini göstərməyə borcludur.

Qrossi həmçinin, İran parlamentinin agentliklə əməkdaşlığı müvəqqəti dayandırmaq qərarını da şərh edib: “Bu, İranın agentliyə etdiyi bir lütf deyil. Bu, qanuni öhdəlikdir. Nə qədər ki, İran “Nüvə silahının yayılmaması haqqında” müqaviləsinin tərəfi olaraq qalır, bu öhdəlik qüvvədədir”.

Həmçinin yoxlayın

Özbəkistan və ABŞ nüvə və radiasiya təhlükəsizliyi sahəsində əməkdaşlığı gücləndirir

GADTB: Özbəkistan və ABŞ nüvə və radiasiya təhlükəsizliyi, lisenziyalaşdırma, yoxlamalar və fövqəladə hallara hazırlıq sahələrində …

Urmiya şəhərində xarici səfirlər və diplomatlar Azərbaycan geyimi və türkcə şeirlə qarşılanıb – VİDEO

GADTB: Urmiya şəhərinin meri, İslam Şəhər Şurasının sədri və üzvlərinin dəvəti ilə xarici ölkələrin səfirləri …