Molla rejimi Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə yeni protokol yaradacağını deyir

GADTB: İran Xarici İşlər Nazirliyi bəyan edib ki, Tehran Atom Enerjisi üzrə Beynəlxalq Agentlik ilə təminat müqavilələrinə əməl etməyə davam edir, lakin parlamentin qəbul etdiyi və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik ilə əməkdaşlığı dayandıran qanun çərçivəsində yeni əməkdaşlıq protokolu yaradılacaq.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Beqayi Tehranda keçirdiyi mətbuat konfransında ölkəsinin xarici siyasət gündəmini dəyərləndirib.

İsrailin Qəzzada törətdiyi soyqırımının ən mühüm beynəlxalq və regional məsələ olduğunu bildirən Beqayi: “Sionist rejimin Fələstinin məzlum xalqını bombalayaraq, aclıq və susuzluq silahından istifadə edərək Fələstini şəxsiyyət, millət və torpaq olaraq məhv etmək planını irəli sürərək cinayətlərinin davam etdiyinin şahidi oluruq” dedi.

ABŞ-ın nüvə danışıqlarını bərpa etmək çağırışları ilə bağlı sualı cavablandıran Bekayi: “İranın hazırda ABŞ-la danışıqlar aparmaq planı yoxdur. Biz bu məsələ ilə bağlı qərar qəbul edib, milli maraqlara uyğun gələndə bunu elan edəcəyik” deyib.

Həmçinin yoxlayın

Müctəba Xameneinin ölməsi ehtimal edilir

GADTB: Son saatlarda sosial mediada İranın yüksək rütbəli rəsmilərinin həlak olduğunu göstərən görüntülərin yayılması geniş …

Sayın Mikayil bəy Oyta və sayın Sara xanım Azərsun Sidneydə 23 April Uşaklar Günü tədbirində- Video

GADTB: 23 Aprel Uşaqlar Günü münasibətilə Avstraliyanın Sidney şəhərində Türk Öz Təşkilatı tərəfindən tədbir təşkil …