Bazar , Noyabr 15 2026
azfa

BMT-nin baş katibi Quterreş Türk ölkəsi Qazaxıstanda

GADTB: Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Almatıda səfərdə olan BMT-nin Baş katibi Antonio Quterreş Mərkəzi Asiyada ilk Dayanıqlı İnkişaf Məqsədləri Mərkəzini ziyarət ediblər.

Görüşdə Tokayev mərkəzin açılışında göstərdiyi dəstəyə görə qonağa minnətdarlığını bildirib.

“Mən sizin UN80 adlı vaxtında və uzaqgörən təşəbbüsünüzü də yüksək qiymətləndirirəm. Qazaxıstan BMT-də islahatlar aparmaq səylərinizi tam dəstəkləyir”, – Tokayev deyib.

O, Qazaxıstanın BMT-nin fundamental prinsiplərinə çoxtərəflilik, diplomatiya və əməkdaşlığa sarsılmaz sadiqliyini bir daha təsdiqləyib.

A.Quterreş Qazaxıstanın beynəlxalq əməkdaşlığın gücləndirilməsinə və davamlı inkişaf məqsədlərinin təşviqinə verdiyi töhfəni qeyd edib.

Həmçinin yoxlayın

Təbrizdəki Almaniya konsulluğunun binası fiziki zədələrə məruz qalıb və baxımsız vəziyyətdədir

GADTB: Təbrizin tarixi Barnava məhəlləsində vaxtilə Almaniya konsulluğunun fəaliyyət göstərdiyi bir malikanə yerləşir. Bu bina …

İraq hökuməti Haşdi-Şabinin silah və bazalarını yoxlayır

GADTB: İraqın baş nazirinin göstərişi ilə bu ölkənin Kəşfiyyat Xidməti Bağdad ətrafında Haşdi-Şabiyə məxsus qərargah …