Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Almaniya İranın uzaqmənzilli raket proqramının danışıqlara daxil edilməsini istəyir

GADTB: Almaniya İranın uzaqmənzilli raket proqramının danışıqlara daxil edilməsini istəyib.

Almaniyanın xarici işlər naziri Yohan Vadfol bildirib ki, İranın uzaqmənzilli raket proqramı yalnız İsraili deyil, Avropanı da təhdid edir və bu məsələ Tehranın iştirakı ilə aparılan beynəlxalq danışıqlara daxil edilməlidir.

“Politico” nəşrinə müsahibəsində Vadfol qeyd edib ki, ABŞ və İsrailin nüvə obyektlərinə endirdiyi hücumlar İranı zəiflədib. O, İranla Avropa ölkələri arasında danışıqların hazırda davam etdiyini, lakin hələ “əsl danışıqlara keçid” mərhələsində olunduğunu bildirib.

Nazir bu prosesi “danışıqlar haqqında danışıqlar” kimi qiymətləndirib və vurğulayıb ki, məqsəd İranın nüvə proqramının hərbi yolla deyil, diplomatik yolla həll olunmasıdır. Bununla belə, Vadfol danışıqların uğurlu nəticə verəcəyinə dair ümidinin az olduğunu da etiraf edib.

Həmçinin yoxlayın

Almaniya: İran ciddi danışıqlara başlamalı və Hörmüz boğazını heç bir məhdudiyyət qoymadan açmalıdır

GADTB: Almaniya hökuməti bildirib ki, ölkənin federal kansleri Fridrix Merts Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin …

Təftanda silahlı şəxslərin pusqusunda Fətimiyyun terrorçularının 20-dən çox üzvü öldürülüb və ya yaralanıb

GADTB: Həl-Vəşin məlumatına görə, bu gün, 13 oktyabr 2026-cı il, çərşənbə axşamı, Təftan rayonunun “Çah-Əhməd” …