SEPAH qurduğu terror təşkilatı olan Hizbullahın tərksilahına qarşı çıxdı

GADTB: Terror təşkilatı olan SEPAH-ın Qüds qanadının komandir müavini İrəc Məscidi qurduqları terror təşkilatı- Hizbullahın tərksilahına qarşı çıxdı.

O, bildirib ki, Livanda Hizbullahı tərksilah etmək planı “Amerika-sionist layihəsidir” və “heç vaxt həyata keçirilməyəcək”.

Onun sözlərinə görə, “müqavimət cəbhəsinin silahları Livanı «sionist rejimin» hücumunda qoruyan xalqın silahıdır” və bu səbəbdən nə Hizbullah, nə də Livan xalqı belə təşəbbüsü qəbul etməyəcək.

Eyni zamanda İsrail baş nazirinin ofisi Livan hökumətinin Hizbullahı tərksilah etmək qərarını alqışlayıb. Rəsmi açıqlamada qeyd olunub ki, plan ABŞ-ın rəhbərliyi ilə həyata keçiriləcəyi təqdirdə, İsrail ordusunun Livanın cənubundakı mövcudluğu mərhələli şəkildə azaldıla bilər.

Həmçinin yoxlayın

Müctəba Xameneinin ölməsi ehtimal edilir

GADTB: Son saatlarda sosial mediada İranın yüksək rütbəli rəsmilərinin həlak olduğunu göstərən görüntülərin yayılması geniş …

Sayın Mikayil bəy Oyta və sayın Sara xanım Azərsun Sidneydə 23 April Uşaklar Günü tədbirində- Video

GADTB: 23 Aprel Uşaqlar Günü münasibətilə Avstraliyanın Sidney şəhərində Türk Öz Təşkilatı tərəfindən tədbir təşkil …