İran Husi terrorçularına kimyəvi silah istehsal etdirir

GADTB: Yəmənin beynəlxalq səviyyədə tanınan husi hökumətinin informasiya naziri əl-İryani Yəmənin Husi qruplaşması olan Ənsarullahın İrandan qaçaqmalçılıq yolu ilə gətirilən komponentlərdən istifadə edərək kimyəvi silah istehsal etdiyini iddia edib.

O, Əmirliyin The National qəzetinə bu barədə danışıb.

“İran rejimi bu yaxınlarda öz nəzarəti altında olan əraziyə zəhərli qazları və istehsalatda istifadə olunan materialları (kimyəvi silahlar) keçirib”, – o əlavə edib.

Əl-İryaninin açıqlaması husilərə qarşı ilk belə ittiham olub. Nazirin sözlərinə görə, Yəmən hökumətinin qiymətləndirməsi bir neçə “etibarlı mənbədən” alınan kəşfiyyat məlumatlarına əsaslanırdı ki, bu məlumatlara əsasən, “yaraqlılar artıq materialları hazırlamağa, həmçinin onları ballistik raketlərə və hücum dronlarına quraşdırmağa başlayıblar”.

Həmçinin yoxlayın

Müctəba Xameneinin ölməsi ehtimal edilir

GADTB: Son saatlarda sosial mediada İranın yüksək rütbəli rəsmilərinin həlak olduğunu göstərən görüntülərin yayılması geniş …

Sayın Mikayil bəy Oyta və sayın Sara xanım Azərsun Sidneydə 23 April Uşaklar Günü tədbirində- Video

GADTB: 23 Aprel Uşaqlar Günü münasibətilə Avstraliyanın Sidney şəhərində Türk Öz Təşkilatı tərəfindən tədbir təşkil …