
GADTB: İran Su Sənayesi Federasiyasının baş katibi Əli Şəriəti Urmuiya gölünün qurumasının İran və regionda ən böyük ekoloji böhranlardan biri olduğuna etiraf edib.
Şəriəti deyib: “Bu böhran ətraf mühit, ictimai sağlamlıq, iqtisadiyyat, cəmiyyət və hətta milli təhlükəsizlik sahələrində geniş fəsadlara səbəb olacaq”.
Onun sözlərinə görə, bundan sonra Qərbi və Şərqi Azərbaycan əyalətləri və başqa bəzi qonşu əyalətlər keçmişdən daha isti və quru iqlimlə qarşılaşacaq: “Böhran təkcə sağlamlıq problemlərinin artması ilə bitmir. Su ehtiyatlarının məhvi regionun əkinçilik və heyvandarlığını praktiki olaraq iflic vəziyyətinə salıb. Əsrlər boyu əkinçilik və heyvandarlıqla məşğul olan sakinlərin əsas dolanışığı indi məhv olmaq təhlükəsi qarşısındadır”.
Qeyd edək ki, NASA tərəfindən çəkilən son peyk görüntüləri bu yaxınlarda yayınlandı. Həmin görüntülər də təsdiq edir ki, Urmiya gölü tamamilə quruyub. Urmiya gölünün bərpası ilə bağlı molla rejimin verdiyi bütün vədlər yalan çıxdı və molla rejimi əksinə gölü qurudub, Omman gölündən isə İsfahana və Yəzdə su çəkib.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi