Şənbə , Noyabr 14 2026
azfa

WSJ: İran ABŞ ritorikasını yumşaltsa, danışıqlara hazırdır

GADTB: The Wall Street Journal qəzetinin məlumatına görə, İran vasitəçilər üzərindən ABŞ-a mesaj göndərərək, prezident Donald Trampın ictimai təhdidlərini yumşaltmasını istəyib. Tehran hesab edir ki, daha mülayim ritorika ölkə daxilindəki sərt xətt tərəfdarlarını danışıqlarda iştirak etməyə daha çox həvəsləndirə bilər.

Mənbələrin bildirdiyinə görə, vasitəçi ölkələrin rəsmiləri ABŞ-nin İranın nüvə proqramı ilə bağlı müəyyən çeviklik nümayiş etdirdiyini də qeyd ediblər. Belə ki, Vaşinqtonun təklif etdiyi 20 illik moratorium planının ikinci onilliyinin sonunda İrana bəzi zənginləşdirmə fəaliyyətlərinə məhdud şəkildə icazə verilməsi ehtimalı gündəmə gəlib.

WSJ yazır ki, tərəflər arasında dialoqun bərpası üçün əsas şərtlərdən biri ABŞ-nin ritorikasını dəyişməsi və gərginliyi artıran açıqlamalardan çəkinməsi ola bilər./ Azad İran

Həmçinin yoxlayın

Mossad rəhbəri İran rejimi ilə müharibə məsələsini müzakirə etmək üçün Vaşinqtona gedib

GADTB: Mossad rəhbəri Roman Qofman cümə günü İran rejimi ilə müharibə barədə ABŞ-ın yüksək vəzifəli …

Rubio: İran nüvə silahı hazırlamaq üçün bütün işləri görür və nüvə silaahı istəmədiyini iddia edir

GADTB: ABŞ-ın dövlət katibi Marko Rubio İran İslam Respublikası rejiminin nüvə silahı əldə etməyə çalışdığını …