Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Tramp nümayəndələrinin səfəri ərəfəsində İran–ABŞ danışıqları ilə bağlı ziddiyyətli açıqlamalar verilib

GADTB: İran Xarici İşlər Nazirliyi Abbas Əraqçinin amerikalı rəsmilərlə görüş planının olmadığını bildirdiyi halda, ABŞ tərəfi nümayəndələrinin İslamabada səfər edərək onunla “birbaşa danışıqlar” aparacağını açıqlayıb.

Məlumata görə, Ağ Ev cümə günü bildirib ki, Donald Trampın kürəkəni Cared Kuşner və onun yaxın dostu və xüsusi nümayəndəsi Stiv Vitkof şənbə günü Pakistana gedərək İranın xarici işlər naziri Abbas Əraqçi ilə birbaşa görüş keçirəcəklər. Həmçinin qeyd olunub ki, ABŞ vitse-prezidenti Cey Di Vens danışıqlarda irəliləyiş olacağı təqdirdə İslamabada səfər etməyə hazırdır.

Eyni zamanda, ABŞ prezidenti Donald Tramp bir neçə gün əvvəl müharibənin başa çatdırılması və razılaşmanın yekunlaşdırılması üçün tələsmədiyini bildirsə də, İranın ABŞ-a müəyyən təklif təqdim edəcəyini deyib. Lakin o, bu təklifin detalları barədə məlumat verməyib.

Digər tərəfdən, Abbas Əraqçinin cümə axşamı axşam saatlarında İslamabada çatması fonunda İran Xarici İşlər Nazirliyi bəyan edib ki, tərəflər arasında hər hansı görüş planlaşdırılmır.

Nazirliyin məlumatına görə, Əraqçi Pakistan rəsmiləri ilə görüşlərdən sonra Rusiya və Oman səfərlərini də davam etdirəcək.

İranın hökumətə yaxın media orqanları da cümə gecəsi yaydıqları xəbərlərdə İran və ABŞ rəsmiləri arasında görüşün gündəmdə olmadığını vurğulayıblar.

Həmçinin yoxlayın

Tramp İran İslam Respublikasının batırılmış 159 gəmisinin şəklini paylaşaraq özünü əvvəlki abş prezidentlərindən fərqli təqdim edib

GADTB: ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində kinayəli bir şəkil paylaşaraq İran İslam …

 İran mediası Azərbaycan haqqında saxta xəbərlər yayır

GADTB: İran Dövlət Radio və Televiziya Şirkətinin (IRIB) tərkibinə daxil olan azərbaycandilli “Səhər Azəri” kanalında …