Molla rejimin həbs etdiyi azərbaycanlı fəallar həbslərinin 20-ci ayına daxil olublar

GADTB: İrqçi fars-molla rejimin şərləyərək həbs etdiyi azərbaycanlı fəallar Araz Aman, Mürtəza Pərvin, Tahir Nəqəvi, Baqir Hacızadə, Ayaz Seifxah və Kərəm Mərdanə həbslərinin 20-ci ayına daxil olublar.

Həmin azərbaycanlı fəallar həbs olunduqdan sonra molla rejimin ETTELAAT İdarəsinin müdaxiləsi və məhkəmə orqanlarına mane olması səbəbindən zaminə, müvəqqəti azadlığa buraxılmayıblar.

Bu işlə bağlı digər azərbaycanlı fəallar Vədud Əsadi, Abdullah Vahidi və Salar Tahir Əfşar isə cəzalarını çəkmək üçün 2025-ci ilin fevral ayında Evin həbsxanasına köçürülüblər.

Qeyd edək ki, Evin zindanında məhbus olan fəallar 2024-ci il fevralın 5-i, 6-ı və 7-də Azərbaycanın müxtəlif şəhərlərində, o cümlədən Tehran, Kərəc, Ərdəbil, Təbriz, Rəşt, Xiyav (Meşginşəhr), Urmiya, İslamşəhr və Astarada kəşfiyyat qüvvələri tərəfindən məhkəmə qərarı olmadan həbs ediliblər.

Şərlənən azərbaycanlı fəallar “daxili və xarici təhlükəsizliyə qarşı cinayətlər törətmək üçün toplaşmaq və sövdələşmək”, “İslam Respublikasına qarşı təbliğat” və “casusluq” ittihamları ilə mühakimə olunublar və Tehran İslam İnqilab Məhkəməsinin hakim Əbülqəsim Sələvatinin rəhbərlik etdiyi 15-ci şöbəsindən ağır cəzalara məhkum ediliblət.

Həmçinin yoxlayın

Müctəba Xameneinin ölməsi ehtimal edilir

GADTB: Son saatlarda sosial mediada İranın yüksək rütbəli rəsmilərinin həlak olduğunu göstərən görüntülərin yayılması geniş …

Sayın Mikayil bəy Oyta və sayın Sara xanım Azərsun Sidneydə 23 April Uşaklar Günü tədbirində- Video

GADTB: 23 Aprel Uşaqlar Günü münasibətilə Avstraliyanın Sidney şəhərində Türk Öz Təşkilatı tərəfindən tədbir təşkil …