Təbrizdə milli tələblərlə bağlı divarlara şüarları yazılıb

GADTB: Bir qrup Güney Azərbaycan Milli Hərəkatının fəalları Təbrizdə azərbaycanlı siyasi məhbuslara azadlıq tələbilə divarlara etiraz şüarlar yazıblar.

Həmçinin şəhərin ictimai yerlərində divarlara Azərbaycan Milli Hərəkatının əsas şüarlarından birinə çevrilən “Azadlıq, Ədalət, Milli Hökumət”, eləcə də azərbaycanlı siyasi məhbuslara azadlıq tələbilə “Siyasi məhbuslar azad olsunlar” şüarları yazılıb.

Təbrizdə divarlarına yazılan şüarlar göstərir ki, Azərbaycan Türk Millətinin tələbləri təkcə siyasi məhbusların azad edilməsi ilə məhdudlaşmır, həm də sosial ədalət və milli öz müqəddəratını təyinetmə, yəni əslində müstəqil dövlət qurma hüququnu da özündə ehtiva edir.

Həmçinin yoxlayın

WSJ: İran ABŞ ritorikasını yumşaltsa, danışıqlara hazırdır

GADTB: The Wall Street Journal qəzetinin məlumatına görə, İran vasitəçilər üzərindən ABŞ-a mesaj göndərərək, prezident …

Təbrizdə “Qlobal” şirkətinin zərərçəkmişləri və sürücülər etiraz aksiyası keçirib

GADTB: 5 ordibehişt 1405-ci il tarixində Təbrizdə “Qlobal” nəqliyyat şirkətinin sürücüləri və zərərçəkmişləri şəhər prokurorluğunun …