Şənbə , Sentyabr 19 2026
azfa

Ermənistan və ABŞ “Tramp yolu”nun müzakirəsinə başladı

GADTB: Ermənistan və ABŞ Zəngəzur vilayətində “Tramp yolu” layihəsinin təfərrüatını müzakirə etməyə başlayıblar.

Bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Ermənistanın hakim partiyasından olan deputat Vaqarşak Akopyan isə deyib ki, “Tramp yolu”nun (və ya Zəngəzur dəhlizinin) açılması ilə bağlı fəal iş gedir.

Deputat qeyd edib ki, “Tramp yolu” və orada hansı biznes modelinin fəaliyyət göstərəcəyi ilə bağlı müzakirələr gedir.

“Amerikalılarla həm onlayn, həm də üzbəüz görüşlərdə çox fəal işləyirik. İşçi qrupu yaradılıb. Bu, başlanmış bir prosesdir, amma hazırda bu barədə sizə məlumat vermək səlahiyyətinə malik deyiləm”, – Akopyan jurnalistlərə bildirib.

Həmçinin yoxlayın

Türkiyə İstanbulda İranın Bank Millət filialının fəaliyyət icazəsini ləğv edib

GADTB: Türkiyənin Bank Tənzimləmə və Nəzarət Qurumu (BDDK) İranın “Bank Millət” bankının İstanbulda yerləşən mərkəzi …

BMT: “Yanvar etirazlarında öldürülənlərin sayı İranın dediyindən daha çoxdur”

GADTB: BMT-nin faktaraşdırıcı missiyası İran hökumətinin yanvar ayındakı etirazlarda ölənlərin sayı haqqında verdiyi rəsmi statistikanı …