Bazar , Avqust 30 2026
azfa

Mürtəza Pərvin Evin həbsxanasında dindirilərək hədələnib

GADTB: Molla rejimin Evin zindanında həbs etdiyi azərbaycanlı rəssam və siyasi məhbus Mürtəza Pərvin Evin həbsxanasında bir neçə saat dindirilib.

Mürtəza Pərvin yaxınları ilə telefon danışığı zamanı bu barədə məlumat verib.

Mürtəza Pərvinin bildirdiyinə görə, o, Evin həbsxanasına gələn Ərdəbildəki Kəşfiyyat Nazirliyinin məmuru tərəfindən dindirilib.

Mürtəza Pərvin bildirib ki, dindirmə zamanı Kəşfiyyat Nazirliyinin məmuru deyib: “Mən sizin azadlığa çıxmağınızla bağlı sərəncamınızı indi yaza bilərəm və ya 6 illik cəzanızı 10 ilədək artıra bilərəm. Biz hakimlərə bütün əmrləri diktə edirik. Ərdəbil və Azərbaycanın digər şəhərlərində fəaliyyətinizin demək olar ki, bütün qollarını kəsmişik.”

Kəşfiyyat Nazirliyinin bu əməkdaşı Ərdəbildə yaşayır və Ərdəbildəki azərbaycanlı fəallar arasında daha çox müstəntiq İzzəti kimi tanınır. O, qeyri-qanuni işlərin təşkili, dindirilmələrə və həbslərə görə cavabdehlik daşıyır.

Qeyd edək ki, Mürtəza Pərvin 2024-cü ilin oktyabrında hakim Səlavətinin sədrliyi ilə Tehran İslam İnqilabı Məhkəməsinin 15-ci şöbəsi tərəfindən 6 il həbsə məhkum edilib.

Həmçinin yoxlayın

ABŞ İraq Kürdüstanındakı peşmərgələrə hərbi yardımı dayandırmaq niyyətindədir

GADTB: BBC-nin yayımladığı hesabata görə, Donald Tramp administrasiyası İraq Kürdüstanı bölgəsindəki peşmərgə qüvvələrinə göstərilən ABŞ …

Urmiya gölündə köçəri quşların heyrətamiz görüntüləri yayılıb

GADTB: Güney Azərbaycanın Urmiya gölünün adalarında həyat canlanıb. Köçəri və yerli quşlar gölün üzərindən uçaraq …