Cümə axşamı , Sentyabr 17 2026
azfa

Qarasu çayında ekoloji fəlakət yaşanır- Video

GADTB: Ərdəbil vilayətinin mühüm su ehtiyatlarından biri olan Qarasu çayında molla rejimin səhlənkarlığının və diqqətsizliyi nəticəsində ekoloji fəlakət yaşanır.

Qarasu çayı vilayətin şərqindən – Nəmin, Ərdəbil və Xiav (Meşginşəhr) şəhərlərindən keçib, illərdir sənaye və şəhər tullantı sularının qurbanıdır.

Bu tullantı suları heç bir təmizləmədən keçmir və birbaşa çay yatağına axıdılır. Bu hal ətrafda yaşayan və  gündəlik həyatlarında çay suyundan asılı olan insanların sağlamlığı üçün ciddi təhdidlər yaradır.

Ərdəbilin 2 saylı sənaye şəhərciyi və Novəhdi (Nocedeh) sənaye şəhərciyi Qarasuya daxil olan çirkab sularının ən mühüm mənbələrindəndir. Bu çirkab sularının tərkibində təhlükəli və parçalanmayan kimyəvi maddələr var ki, onlar nəinki regionun ekosistemini məhv edir, həm də yeraltı su ehtiyatlarına və kənd təsərrüfatı torpaqlarına sızaraq əhalinin sağlamlığına ciddi təhlükə yaradır.

Qeyd edək ki, 2023-ci ildə Ərdəbil vilayətinin Ətraf Mühitin Mühafizəsi Baş direktoru çayın ətrafındakı kəndlərin, o cümlədən Yeznavad, Dövlətavad və Əlibulaq kəndlərinin sakinlərinə şəhər və sənaye çirkab sularının ən qısa müddətdə Qara-Suya daxil olmasının qarşısı alınacağına söz vermişdi. Lakin zaman keçdikcə heç bir əməli tədbir görülməyib və çay çirkli və xəstəlikli olaraq qalır.

Bu çirklənmə isə bölgədə xərçəng xəstəliyinin ciddi şəkildə artmasına gətirib çıxarıb.

https://t.me/GADTB1/45673

Həmçinin yoxlayın

Tramp gələn çərşənbə axşamı Körfəz ölkələrinin liderləri ilə İran İslam Respublikasına qarşı müharibənin növbəti mərhələlərini müzakirə edəcək

GADTB: Axios-un jurnalisti Barak Ravid sentyabrın 17-si, cümə axşamı səhər saatlarında xəbər verib ki, ABŞ …

Ətraf mühit dərnəkləri Kəndivana yeni turizm yolunun çəkilməsinə qarşı çıxıblar

GADTB: Şərqi Azərbaycan Ətraf Mühit Dərnəklərinin Koordinasiya Şurasının üzvləri “Yasşəhr”dən Kəndivan kəndinə yeni turizm yolunun …