Savalan dağını adı bərpa edilməkdədir

GADTB: Güney Azərbaycanda Savalan dağını ilkin adı bərpa edilir.

Ərdəbil əyaləti valisinin müavini bu barədə İbrahim İmami deyib: “Bu dağın ilkin adı Savalan olub, dağ Pəhləvilər dövründə Səbalan adlandırılıb və hazırda əyalət əhalisinin ictimai tələbi əsasında onun adının bərpası gündəmdədir.”

İbrahim İmaminin sözlərinə görə, Savalan dağının təbii abidə kimi dünya üzrə qeydiyyata alınması bu vilayətin mədəni və təbii imkanlarının beynəlxalq səviyyədə tanıdılmasında mühüm rol oynaya bilər.

Qeyd edək ki, İranda türklərin tarixini və kimliyini inkar etmək məqsədi ilə türk adlarının dəyişdirilməsi və təhrif edilməsi prosesi Pəhləvi dövründə başlamış və bu günə qədər davam edir. Son yüz ildə irqçi Pəhləvi və İslam Respublikası rejimləri Güney Azərbaycanda və İranın müxtəlif bölgələrində minlərlə türk adını təhrif edərək farscaya çeviriblər.

Həmçinin yoxlayın

Tramp: İran danışmaq istəsə, sadəcə zəng etməlidir

GADTB: Onların rəhbərliyi daxilində böyük daxili çəkişmələr və qarışıqlıq var. Onlar da daxil olmaqla, heç …

Molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində 41 nəfərə ağır cəza verir

GADTB: İrqçi fars-molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində müharibə ilə əlaqədar həbs edilən 41 nəfər …