Çərşənbə , Sentyabr 9 2026
azfa

Beynəlxalq Əfv Təşkilatı İranda edamların dərhal dayandırılmasına çağırış etdi

GADTB: Bu gün Beynəlxalq Əfv Təşkilatı 2025-ci ilin əvvəlindən İranda mindən çox edamın həyata keçirildiyini açıqlayaraq, bu cəzanın dərhal dayandırılmasını tələb edib. Təşkilat bildirir ki, ölüm hökmləri ədalətsiz məhkəmələrdən sonra, habelə, etirazları və etnik azlıqları susdurmaq məqsədi ilə tətbiq olunur.

Təşkilatın Yaxın Şərq və Şimali Afrika İdarəsinin müavini Hüseyn Baumi deyib: “BMT-nin üzvü olan dövlətlər İrandakı şok edam dalğasına qarşı dərhal tədbir görməlidirlər”. O əlavə edib ki, “Qadın, Həyat, Azadlıq” etirazlarından sonra hakimiyyət ölüm hökmündən qorxu yaratmaq və etirazları yatırmaq üçün istifadə edir.

Onun dediyinə görə, bu il cəzalar 1989-cu ildən bəri ən yüksək səviyyəyə çatıb. Hökmlərin çoxu narkotiklə bağlı cinayətlərə görə olub və bu proseslər ədalətsiz məhkəmələr, işgəncə və məcburi etiraflarla müşayiət edilir./ Azad İran

Həmçinin yoxlayın

Tramp İrana memoranduma qayıtmayacağını bildirib

GADTB: “Middle East Eye” saytı çərşənbə günü, sentyabrın 9-da, İran İslam Respublikası hökumətinə yaxın iki …

Yəmən hökumət qüvvələri Təiz vilayətinin qərbində irəliləyir: husilərdən bir neçə mövqeyi geri alınıb

GADTB: Yəmənin rəsmi hökumətinə bağlı silahlı qüvvələr bildiriblər ki, Təiz vilayətinin qərbində yerləşən «Əl-Kədəhə» cəbhəsində …