
GADTB: Bu gün, cümə axşamı aldığımız acı xəbərə görə, Xoy şəhərinin tanınmış milli fəallarından, hörmətli mühəndis Məhəmməd Abbaspur uzun illər ağır xəstəliklə mübarizə apardıqdan sonra dünyasını dəyişib.
Mərhum Məhəmməd Abbaspur uzun illər boyu bütün təzyiqlərə baxmayaraq, Azərbaycan millətinin azadlığı, mədəniyyəti və kimliyinin qorunması uğrunda yorulmadan çalışmış, milli-mədəni fəaliyyətləri ilə tanınmışdı.
Ulu Tanrıdan mərhuma rəhmət diləyir, ailəsinə, yaxınlarına və bütün Azərbaycan millətinə dərin hüznlə başsağlığı verir, səbir və dözüm arzulayırıq.
Məkânı cənnət, millətimizin başı sağ olsun.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi