Molla rejimi Təbrizdə edama məhkum etdiyi öyrəncini ETTELAAT-a köçürüb

GADTB: İrqçi fars-molla rejimi edam cəzasına məhkum etdiyi 22 yaşlı azərbaycanlı tələbə Ehsan Fəridini 3 gün əvvəl həbsxanadan Təbrizdə ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat) İdarəsinin təcridxanasına köçürülüb. O vaxtdan bəri onun vəziyyəti və yeri barədə heç bir məlumat yoxdur.

Ehsan Fəridi “dövlət quruluşuna və milli təhlükəsizliyə qarşı çıxmaq” ittihamı ilə ölüm cəzasına məhkum edilib. Onun barəsində çıxarılan hökm İran Ali Məhkəməsi tərəfindən qüvvədə saxlanılıb.

Ehsanın anası Pərvin Həyati İnstaqram səhifəsində yazıb ki, oğlundan üç gündür xəbər ala bilmirlər: “Uzun axtarışlardan sonra öyrəndik ki, Ehsan Təbriz Kəşfiyyat İdarəsinə aparılıb. Mənim ana ürəyim narahatdır”.

O, paylaşımında bu məlumatsızlığı “ailəyə qarşı ədalətsizlik və insan hüquqlarının kobud şəkildə pozulması” adlandıraraq, oğlunun taleyi barədə məlumat verilməsini istəyib.

Həmçinin yoxlayın

WSJ: İran ABŞ ritorikasını yumşaltsa, danışıqlara hazırdır

GADTB: The Wall Street Journal qəzetinin məlumatına görə, İran vasitəçilər üzərindən ABŞ-a mesaj göndərərək, prezident …

Təbrizdə “Qlobal” şirkətinin zərərçəkmişləri və sürücülər etiraz aksiyası keçirib

GADTB: 5 ordibehişt 1405-ci il tarixində Təbrizdə “Qlobal” nəqliyyat şirkətinin sürücüləri və zərərçəkmişləri şəhər prokurorluğunun …