Molla rejimi müxalifləri susdurmaq üçün kiberhücumlardan istifadə edir

GADTB: İrqçi fars-molla rejimi öz müxaliflərini susdurmaq üçün kiberhücum və təhdiddən istifadə edir.

BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi May Sato bildirib ki, İslam Respublikası xaricdəki müxalifləri və tənqidçiləri susdurmaq üçün “ölüm təhdidləri, məlumat oğurlamaq cəhdləri, təxribat kampaniyaları və kiberhücumlar” kimi vasitələrdən istifadə edir.

Satonun sözlərinə görə, bu kampaniyalar xüsusilə qadın jurnalistləri hədəf alır və onlar zorakılıq, habelə, zorlama təhdidləri ilə üzləşirlər. O, həmçinin qeyd edib ki, hədəfdə olan şəxslərin ailələri də İranda sorğu-sual, işdən azad edilmə və həbs kimi təzyiqlərə məruz qalır.

BMT rəsmisi vurğulayıb ki, bu hərəkətlər ifadə, media və hərəkət azadlığı kimi əsas hüquqları pozur.

Həmçinin yoxlayın

WSJ: İran ABŞ ritorikasını yumşaltsa, danışıqlara hazırdır

GADTB: The Wall Street Journal qəzetinin məlumatına görə, İran vasitəçilər üzərindən ABŞ-a mesaj göndərərək, prezident …

Təbrizdə “Qlobal” şirkətinin zərərçəkmişləri və sürücülər etiraz aksiyası keçirib

GADTB: 5 ordibehişt 1405-ci il tarixində Təbrizdə “Qlobal” nəqliyyat şirkətinin sürücüləri və zərərçəkmişləri şəhər prokurorluğunun …