Bazar ertəsi , Sentyabr 21 2026
azfa

İran atom bombası istehsalı üçün uran ehtiyatı əldə etmək istəyir

GADTB: Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) rəhbəri Rafael Qrossi İranın hələ də “təxminən 400 kiloqram 60 faiz zənginləşdirilmiş uran saxladığını” bildirib. Qrossi, bununla bağlı, Cenevrədəki “Genoa Solutions” mediasına müsahibəsində deyib.

O, bu miqdarın nüvə silahı istehsal etmək üçün lazım olan həddə yaxın olduğunu vurğulayıb. Qrossi, İranın uranı daha yüksək zənginləşdirməyə davam etməsi halında, bu materialın “İrana 10 nüvə bombası hazırlamaq üçün kifayət edəcəyini” açıqlayıb.

Qrossi, İranın nüvə proqramını izləyən ölkələrin agentliklə eyni nəticəyə gəldiyini bildirib və qeyd edib ki, İsrailin hücumlarından əvvəl AEBA həmin nüvə obyektlərini yoxlayıb və o vaxtdan bəri peyk görüntüləri ilə izləmələr davam edir.

Həmçinin yoxlayın

Təbrizin mərkəzində ermənilər üçün təmin olunan hüquq, azərbaycanlılar üçün illərdir əlçatmaz arzu – VİDEO

GADTB: Təbriz – siyasətin beşiyi və Azərbaycanın ürəyi – acı və danılmaz bir paradoksun şahididir: …

Təbriz uşaqlarının dil kimliyinin dövlət televiziyası vasitəsilə təhrif edildi – VİDEO

GADTB: Məktəblərin açılması ərəfəsində Təbrizin Kula-Fərəngi malikanəsindən uşaqlar üçün xüsusi proqramın canlı yayımlanması Azərbaycan türklərinin …