Bazar ertəsi , Sentyabr 21 2026
azfa

Molla rejimi Urmiyada azərbaycanlı milli hərəkat fəalı Əta Kərimini həbs edib

GADTB: Azərbaycan Milli Hərəkatının fəallarından əta Kərimi oktyabrın 30-da Urmiyə şəhərindəki iş yerində molla rejimin qüvvələri tərəfindən həbs edilib.

Fəala yaxın mənbələrin bildirdiyinə görə, onun saxlanılması ehtimal ki, Urmiyada “Ronahi” və “Huraspor” azarkeşləri tərəfindən səsləndirilən parçalayıcı və nifrət dolu şüarlara tənqidi münasibətinə görə baş verib. Bununla belə, hazırda onun saxlanılma səbəbi və irəli sürülən ittihamlar barədə rəsmi məlumat yoxdur.

Qeyd edək ki, Əta Kərimi bundan əvvəl də Urmiya gölünün qurudulmasına qarşı etirazlarına və mədəni fəaliyyətləra görə dəfələrlə dindirilib, saxlanılıb və həbs olunub.

Məlumatlara əsasən, son günlər Qərbi Azərbaycan vilayətində bir neçə türk fəal sosial şəbəkələrdə silahlı kürd qruplaşmalarına bağlı şəxslərin açıq fəaliyyətlərini tənqid etdiklərinə görə ya saxlanılıb, ya da həbslə hədələniblər.

Həmçinin yoxlayın

Özbəkistan və ABŞ nüvə və radiasiya təhlükəsizliyi sahəsində əməkdaşlığı gücləndirir

GADTB: Özbəkistan və ABŞ nüvə və radiasiya təhlükəsizliyi, lisenziyalaşdırma, yoxlamalar və fövqəladə hallara hazırlıq sahələrində …

Urmiya şəhərində xarici səfirlər və diplomatlar Azərbaycan geyimi və türkcə şeirlə qarşılanıb – VİDEO

GADTB: Urmiya şəhərinin meri, İslam Şəhər Şurasının sədri və üzvlərinin dəvəti ilə xarici ölkələrin səfirləri …