Bazar ertəsi , Noyabr 9 2026
azfa

15 dekabr Dünya Türk Dili Ailəsi Günü elan edilib

GADTB: Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) Özbəkistanda keçirilən 43-cü konfransında dekabrın 15-i Dünya Türk Dili Ailəsi Günü elan edilib.

Ötən həftə Səmərqənddə başlayan tədbirə 194 ölkədən 5 000-dən çox iştirakçı qatılıb.

Konfransda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 15 dekabrı Dünya Türk Dili Ailəsi Günü elan edilməsi ilə bağlı təklifi müzakirələrdən sonra təsdiq edilib.

Tədbirdə çıxış edən Türkiyənin UNESCO-dakı daimi nümayəndəsi Gülnur Aybet türk dili ailəsinin təbliği üçün bütün türk dövlətlərinin birgə hazırladığı təklifi təqdim edən ölkələrə təşəkkürünü bildirib.

O, 200 milyondan çox insanın danışdığı türk dilinin əsrlər boyu ortaq tarix və dəyərlərə malik olduğunu vurğulayıb.

Həmçinin yoxlayın

Avstraliyanın baş naziri: İran İslam Respublikası rejimindən ikrah edirəm, İranın gələcəyini xalq müəyyən edəcək

GADTB: Avstraliyanın baş naziri Entoni Albanizi “The Australian” qəzetinə müsahibəsində deyib: “İran İslam Respublikası rejiminə …

Ayzenkot: İran İslam Respublikası rejiminin süqutu zəruridir, lakin buna hərbi hücumla nail olmaq mümkün deyil

GADTB: “The Times of Israel” qəzetinin məlumatına görə, İsrail ordusunun keçmiş Baş Qərargah rəisi və …