
GADTB: Güney Azərbaycanın Muğan bölgəsində qarğıdalı əkini ilə məşğul olan fermerlər iki il öncə “Pars” şirkətinə verdikləri məhsulun pulunu hələ də ala bilməyiblər.
Oktyabrın sonlarında İranın kənd təsərrüfatı cihadı nazirinin bölgəyə səfəri ilə eyni vaxtda fermerlər pullarının ödənilməməsinə etiraz olaraq aksiya keçirdilər. Nazir də söz verdi ki ödənişlər noyabrın 20-dək ödəniləcək, lakin elan edilmiş son tarix başa çatdı, amma heç bir ödəniş edilmədi.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi