Bazar , Noyabr 15 2026
azfa

WSJ: “ABŞ İranın Davosda görüş istəyini rədd edib”

GADTB: ABŞ administrasiyası İranın xarici işlər naziri Abbas Əraqçının Davosda amerikalı rəsmi ilə görüşmək istəyini qəbul etməyib. Bununla bağlı, “The Wall Street Journal” qəzeti məlumat yayıb.

Nəşrin ərəb və Avropa mənbələrinə istinadən verdiyi xəbərə görə, Abbas Əraqçı İsveçrənin Davos şəhərində keçiriləcək Dünya İqtisadi Forumu ərəfəsində ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkofla bir neçə dəfə görüş təşkil etməyə cəhd göstərib. Ancaq Vaşinqton bu tələbləri rədd edib.

Məlumata görə, görüş təşəbbüsü ABŞ rəsmilərinin İranda artan daxili gərginlik və etirazlara cavab variantlarını paralel şəkildə nəzərdən keçirdiyi bir dövrdə irəli sürülüb. Amerika tərəfi həmin vaxt belə bir görüşün planlaşdırılmadığını və gündəmdə olmadığını bildirib. (Independent Persian)

2026-cı il Dünya İqtisadi Forumu 19–23 yanvar tarixlərində Davosda keçiriləcək./ Azad Iran

Həmçinin yoxlayın

Türkmən Cəbhəsinin üzvü Qəhtan Vəndavi Kərkükün yeni valisi seçilib

GADTB: İraq Türkmən Cəbhəsinin üzvlərindən olan Qəhtan Vəndavi 2026-cı il noyabrın 14-də, şənbə günü Kərkük …

İlamda tarixi Taxt-xan kitabəsi bir qrup kürd tərəfindən dağıdılıb

GADTB: İlam ostanının Poştkuh bölgəsində Lor hakimlərinin valilik dövrünə aid tarixi yadigarlardan biri olan Taxt-xan …