Təbrizdə elan edilməmiş hərbi vəziyyət sərtləşdirilib

GADTB: Azərbaycanlı vəkil Sina Yusifinin “X” platformasındakı paylaşımına əsasən, Təbrizdən daxil olan məlumatlar şəhərdə təhlükəsizlik mühitinin nəzərəçarpacaq dərəcədə sərtləşdiyini göstərir. Bildirilir ki, Təbrizin bir çox əsas prospekt və küçələrində nəzarət-buraxılış məntəqələri qurulub, burada xidmət aparan qüvvələr avtomobillərin yoxlanılması ilə yanaşı, piyadaların mobil telefonlarını da nəzarətdən keçirirlər.

Məlumatlara görə, bu yoxlamalar təsadüfi xarakter daşısa da, mobil telefonların məzmununun araşdırılması geniş və detallı şəkildə həyata keçirilir. Yerli mənbələr bildirirlər ki, təhlükəsizlik əməkdaşları telefonlardakı şəkil qalereyası, “Instagram”, “WhatsApp” və digər tətbiqləri tam şəkildə yoxlayırlar.

Eyni zamanda yayılan digər məlumatlara əsasən, təhlükəsizlik qurumları etirazların ilk günlərində, internet kəsilməmişdən əvvəl sosial şəbəkələrdə etirazlara dəstək məzmunu paylaşmış bəzi vətəndaşlarla əlaqə saxlayıblar. Həmin şəxslər telefon danışıqları vasitəsilə izahat verməyə çağırılıb, bəzi hallarda isə saxlanılma ilə hədələniblər.

Həmçinin yoxlayın

Tramp: İran danışmaq istəsə, sadəcə zəng etməlidir

GADTB: Onların rəhbərliyi daxilində böyük daxili çəkişmələr və qarışıqlıq var. Onlar da daxil olmaqla, heç …

Molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində 41 nəfərə ağır cəza verir

GADTB: İrqçi fars-molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində müharibə ilə əlaqədar həbs edilən 41 nəfər …