
GADTB: Azərbaycan “Traxtur” futbol komandası Premyer Liqanın 19-cu turunun ən həssas qarşılaşmasında hesablı oyun nümayiş etdirərək Təbrizdə İsfahanın “Sepahan” klubunu məğlub edib və çox vacib 3 xal qazanıb.
Görüşün yeganə qolunu Mehdi Haşimnejad 34-cü dəqiqədə vurub.
76-cı dəqiqədə “Sepahan” oyunçusunun meydandan qovulması rəqibin işini daha da çətinləşdirib və “Traxtur” üstünlüyünü qoruyaraq dəyərli qələbəsini rəsmiləşdirib.
Bu qələbə, turnir cədvəli baxımından 3 xaldan əlavə, “Sepahan”la birbaşa rəqabətdə 6 xallıq əhəmiyyət daşıyır və “Traxtur”un yuxarı pillələr uğrunda mübarizədə mövqeyini gücləndirib.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi