Bazar ertəsi , Noyabr 23 2026
azfa

Aksios: Netanyahu ABŞ-dakı seçkilərdən sonra İrana dərhal zərbə endirilməsini istəyir

GADTB: Amerikanın “Aksios” xəbər saytı Barak Ravidin müəllifi olduğu eksklüziv məqaləsində yazıb ki, ABŞ Prezidenti Donald Tramp oktyabrın 31-i, şənbə günü İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı zamanı İslam Respublikası ilə aparılan danışıqlar və hərbi əməliyyatların nə vaxt bərpa ediləcəyi barədə açıq və çətin müzakirə aparıb.

“Aksios”un yazdığına görə, Netanyahu noyabrın 3-ü, çərşənbə axşamı keçiriləcək ABŞ aralıq seçkilərindən sonra İrana dərhal hücum edilməsini istəyir. Lakin Tramp hazırkı şəraitdə danışıqlara daha çox vaxt verilməsinə üstünlük verir. Bu yanaşma isə Netanyahuda narahatlıq yaradıb.

İsrailli bir mənbə bu danışığı “çətin”, amerikalı bir mənbə isə “açıq və birbaşa” kimi xarakterizə edib. Ağ Ev və İsrail Baş nazirinin ofisi telefon danışığı ilə bağlı şərh verməkdən imtina ediblər.

Tramp şənbə günü İranla danışıqların yaxşı getdiyini və razılaşma əldə etmək üçün tələsmədiyini bildirib. Bununla belə, o vurğulayıb ki, ABŞ hələ də İranın bir və ya iki nüvə obyektinə müdaxilə etməlidir və bu addımın qısa müddət ərzində həyata keçirilə biləcəyini iddia edib.

Eyni zamanda, Qətərli vasitəçilər Tehran və Vaşinqton arasında birbaşa danışıqların bərpası üçün zəmin yaratmaq məqsədilə ardıcıl üçüncü gündür İslam Respublikası rəsmiləri ilə görüşürlər.

İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi də bazar günü hələlik heç bir razılaşmanın əldə olunmadığını və danışıqlarda irəliləyişin ABŞ-ın İranın suallarına verəcəyi cavablardan asılı olduğunu bildirib.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Prime TV”-də “Ermənistanda ara qarışdı – Yeni konstitusiya qəbul edilir” mövzusunda çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …

İran rejiminin çörək satışına tətbiq etdiyi yeni məhdudiyyətlər əhali arasında geniş narazılığa səbəb olub

GADTB: İranın bir sıra vilayətlərində subsidiyalı çörəyin alışına nəzarət gücləndirilib. Müəyyən edilmiş limiti aşan əhali …