Cümə axşamı , Noyabr 26 2026
azfa

Urmiya kürd təxribatı; bir mağazaya kürd terrorçu qruplarının istifadə etdiyi “Rojava” adının verildi

GADTB: Azərbaycanın ürəyi olan Urmiya şəhərinin Əbuzər küçəsində kürd terrorçu qruplarının tərəfdarlarından biri mağazasına “Rojava” adını verib. Kürd dilində “Qərbi Kürdüstan” mənasını verən bu termin kürd terrorçu qruplarının siyasi və kimlik təbliğatında Suriyanın şimal və şimal-şərqindəki kürdlərin yaşadığı əraziləri ifadə etmək üçün işlədilir.

Bu ad Qamışlı, Həsəkə və ətraf ərazilər, Eyn əl-Ərəb (Kobani), Afrin, Rəqqə ətrafındakı bölgələr və Suriyanın şimal-şərqinin bəzi hissələrini əhatə edən ərazilərə aid edilir.

Bölgənin tarixi, coğrafi və kimlik baxımından həssaslığı nəzərə alındıqda, Urmiyada bir ticarət obyektinə belə bir adın verilməsi ictimaiyyət arasında müzakirələrə və reaksiyalara səbəb olub.

Həmçinin yoxlayın

Molla rejimin1404-cü ilin dey ayındakı etirazları yatırması zamanı yüzlərlə uşaq öldürülüb və ya sonradan edam edilib

GADTB: “İran İnsan Haqları Təşkilatı” Ümumdünya Uşaq Günü münasibətilə yayımladığı xüsusi hesabatda İranda uşaqların və …

İraq ordusu Kərkükdə Bağdadın neft qaçaqmalçılığı marşrutlarının bağlanması barədə göstərişini icra etməyə başlayıb

GADTB: İraq Müdafiə Nazirliyi bildirib ki, ölkə ordusunun qüvvələri baş nazirin həssas bölgələrə nəzarət edilməsi …