Çərşənbə axşamı , Noyabr 3 2026
azfa

Avstraliya İrana qarşı sanksiyaları genişləndirdi

GADTB: Bu gün Avstraliya hökuməti İslam Respublikasında etirazların qəddarcasına yatırılması ilə əlaqədar İrana qarşı yeni sanksiyalar tətbiq edib. Rəsmi Kanberra İranla bağlı sanksiya siyahısını genişləndirərək 20 fiziki şəxs və üç qurumu hədəfə alıb.

Avstraliyanın xarici işlər naziri Penni Vonq bildirib ki, sanksiyalara İran xalqına qarşı zorakılıqda, daxili etirazların amansız şəkildə yatırılmasında, həm İran daxilində, həm də ölkə xaricində insan həyatına təhdid törədən fəaliyyətlərdə iştirak edən SEPAH-ın yüksək rütbəli zabitləri daxildir.

Nazir vurğulayıb ki, Avstraliya hökuməti daha əvvəl SEPAH-ı terrorçuluğun dövlət sponsoru kimi tanıyıb və İran rejiminin repressiv siyasətinə qarşı prinsipial mövqe sərgiləməyə davam edir.

Penni Vonqun sözlərinə görə, indiyədək Avstraliya tərəfindən 300-dən çox İran vətəndaşı və qurumuna qarşı sanksiyalar tətbiq olunub./ Azad İran

Həmçinin yoxlayın

Molla rejimi Azərbaycan sərhədində ballistik raket buraxılış qurğuları yerləşdirib

GADTB: Yerli mənbələr İran İslam Respublikası rejiminin Azərbaycan Respublikası ilə sərhəddə hərbi yerdəyişmələrinin artdığını bildiriblər. …

Təbrizin 9-cu məntəqə bələdiyyəsinin qarşısında Xavəran sakinləri etiraz aksiyası keçirib – Video

GADTB: Xavəranın 2-ci fazasında yerləşən yaşayış mənzillərinin bir sıra sakinləri və mülkiyyətçiləri həllini tapmamış problemlərinə …