Son iki gündə tələbə etirazları davam edir, bəsic qüvvələrinin hücumu barədə məlumatlar yayılıb

GADTB: İranda hökumət əleyhinə tələbə etirazlarının ikinci günündə sosial şəbəkələrdə yayılan hesabat və videolara əsasən, etiraz aksiyaları davam edib və etirazçı tələbələrlə bəsic və “hizbullahçı” adlandırılan qüvvələr arasında qarşıdurmalar yaşanıb. Şənbə günü, 2 esfənd tarixində, əyani dərslərin başlanması ilə eyni vaxtda başlayan etirazlar bazar günü, 3 esfənddə də ölkənin bir sıra universitetlərində davam edib.

Tehrandan daxil olan məlumatlara görə, paytaxtın bir neçə universitetində tələbə etirazları bazar günü ikinci gün ardıcıl olaraq davam edib.

Sosial şəbəkələrdə yayılan videolara əsasən, bazar günü 3 esfənd tarixində paytaxtın əsas universitetlərinin kampuslarında, o cümlədən “İran İncəsənət Universiteti”, Elm və Sənaye Universiteti, Bəheşti Universiteti, Əmir Kəbir Texnologiya Universiteti, Şərif Texnologiya Universiteti və “Tehran Universiteti” ərazisində tələbələr toplaşaraq hökumət və İranın ali rəhbəri Əli Xamenei əleyhinə şüarlar səsləndiriblər. Tələbələr həmçinin dey ayındakı etiraz aksiyalarına dəstək ifadə ediblər.

Həmçinin yoxlayın

Müctəba Xameneinin ölməsi ehtimal edilir

GADTB: Son saatlarda sosial mediada İranın yüksək rütbəli rəsmilərinin həlak olduğunu göstərən görüntülərin yayılması geniş …

Sayın Mikayil bəy Oyta və sayın Sara xanım Azərsun Sidneydə 23 April Uşaklar Günü tədbirində- Video

GADTB: 23 Aprel Uşaqlar Günü münasibətilə Avstraliyanın Sidney şəhərində Türk Öz Təşkilatı tərəfindən tədbir təşkil …