Bazar , Noyabr 15 2026
azfa

Traxtur yenidən qələbə qazandı

GADTB: “Traktor” İran çempionatının (Pro Liqa) növbəti turunda öz meydanında “Qol-Qohər”ə qalib gəlib.

Təbrizin Səhənd stadionunda keçirilən matçda yeganə qolu 43-cü dəqiqədə Mehdi Haşimnejad vurub. Baş hakim əvvəlcə oyundan kənar vəziyyət əsasında qolu ləğv etsə də, VAR-ın müdaxiləsindən sonra qərar dəyişib və qol qeydə alınıb.

Qeyd edək ki, bu qələbə Məhəmməd Rəbiinin rəhbərliyi altında “Traktor”un çempionatdakı ilk uğuru olub. Bu nəticədən sonra xallarının sayını 39-a çatdıran Təbriz təmsilçisi müvəqqəti olaraq turnir cədvəlinin liderliyinə yüksəlib. “Qol-Qohər” isə 36 xalla 4-cü pillədə qalıb.

Həmçinin yoxlayın

Təbrizdəki Almaniya konsulluğunun binası fiziki zədələrə məruz qalıb və baxımsız vəziyyətdədir

GADTB: Təbrizin tarixi Barnava məhəlləsində vaxtilə Almaniya konsulluğunun fəaliyyət göstərdiyi bir malikanə yerləşir. Bu bina …

İraq hökuməti Haşdi-Şabinin silah və bazalarını yoxlayır

GADTB: İraqın baş nazirinin göstərişi ilə bu ölkənin Kəşfiyyat Xidməti Bağdad ətrafında Haşdi-Şabiyə məxsus qərargah …