Bazar , Noyabr 29 2026
azfa

Xoy sakini Əmir Məzrəəli saxlanıldıqdan sonra ailəsi ilə əlaqə saxlaya bilməyib

GADTB: Xoy şəhər sakini Əmir Məzrəəli 1404-cü ilin 18 dey tarixində saxlanılıb və bu günədək ailəsi ilə heç bir əlaqə saxlaya bilməyib.

Məlumatlı mənbələrin bildirdiyinə görə, 18 dey tarixində Xoy şəhərində etirazların başlanması ilə eyni vaxtda Əmir Məzrəəli təhlükəsizlik qüvvələri tərəfindən döyülən bir neçə qızı xilas etməyə çalışarkən məmurlarla qarşıdurmaya girib. O, hadisə yerində döyülərək saxlanılıb və naməlum istiqamətə aparılıb.

Onun saxlanıldığı andan indiyədək ailəsi ilə əlaqə saxlamaması yaxınları arasında ciddi narahatlıq yaradıb. Həmçinin, heç bir təhlükəsizlik və ya məhkəmə orqanı tərəfindən ailəsinə onun vəziyyəti ilə bağlı aydın və rəsmi məlumat verilmədiyi bildirilir. Əmir Məzrəəlinin səhhəti barədə dəqiq informasiya yoxdur və vəziyyəti qeyri-müəyyən olaraq qalır.

Qeyd olunur ki, Əmir Məzrəəli ailəlidir və bir övladı var.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta Sidneydə Tatar türklərinin Sabantuy festivalına qatılıb-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk …

Dolların məzənnəsi 302 min tüməni keçdi: İran iqtisadiyyatı tam çöküşün astanasındadır

GADTB: İranın azad bazarında rialın dəyəri dəhşətli sürətlə ucuzlaşmaqda davam edir. ABŞ dollarının məzənnəsi bazar …