Şənbə , Aprel 25 2026
azfa

Müxtəlif şəhərlərdə Xameneyinin ölümü ilə əhali şənliyə başlayıb

GADTB: İranda rəhbər Əli Xameneyinin İsrailin hava zərbələri nəticəsində öldürülməsi ilə bağlı yayılan xəbərlərdən sonra paytaxt Tehran və bir sıra digər şəhərlərində insanlar küçələrə axışaraq şənlik ediblər.

Məlumata görə, Tehranın müxtəlif məhəllələrində yüzlərlə insan toplaşaraq rəqs edib, şüarlar səsləndirib və “Azadlıq” çağırışları edib. Yoldan keçən avtomobillər siqnal verib, bəzi ərazilərdə atəşfəşanlıq təşkil olunub. Küçələrdə yüksək səslə fars musiqiləri səsləndirildiyi bildirilir.

“The New York Times” qəzeti ilə video bağlantı zamanı üç Tehran sakini yaşadıqları məhəllələrdə baş verənləri nümayiş etdirib. Kadrlarda qadın və kişilərdən ibarət böyük qrupların küçələrdə toplaşdığı, sevinclə şüarlar səsləndirdiyi görünür.

https://t.me/GADTB1/49258

Həmçinin yoxlayın

Molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində 41 nəfərə ağır cəza verir

GADTB: İrqçi fars-molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində müharibə ilə əlaqədar həbs edilən 41 nəfər …

“New York Times” qəzeti Müctəba Xamenei ilə bağlı məlumat yaydı

GADTB: The New York Times nəşri İran rəsmilərinə istinadən Müctəba Xameneinin səhhəti ilə bağlı məlumat …