Cümə , Oktyabr 23 2026
azfa
Qaynar xəbər

Xameneinin yerinə müvəqqəti yeni molla təyin olundu

GADTB: İrqçi fars-molla rejimin başçısı xameneinin öldürülməsindən sonra molla rejimi özünə müvəqqəti lider təyin edib.

Əlirza Ərafi İranın lideri vəzifəsinin müvəqqəti icraçısı təyin olunub. Bu barədə İSNA məlumat yayıb.

İRNA-nın yaydığı məlumata görə, Məsləhət Şurasının sözçüsü Əlirza Ərəfinin Qəyyumlar Şurasının fəqih üzvü qismində Müvəqqəti Rəhbərlik Şurasına seçildiyini açıqlayıb. Bununla da şuranın tərkibi rəsmi şəkildə formalaşıb.

Məlumata əsasən, şuraya Məsud Pezeşkian prezident kimi, Qulam-Hüseyn Möhseni Ejei məhkəmə hakimiyyətinin rəhbəri kimi və Əlirza Ərafi Qəyyumlar Şurasının fəqih üzvü kimi daxil olub.

İran İslam Respublikası Konstitusiyasının 111-ci maddəsinə əsasən, rəhbər vəzifəsi boş qaldığı halda, prezident, məhkəmə hakimiyyətinin rəhbəri və Məsləhət Şurasının seçdiyi Qəyyumlar Şurasının bir fəqih üzvündən ibarət şura yeni rəhbər Ekspertlər Məclisi tərəfindən müəyyən edilənədək rəhbərlik səlahiyyətlərini müvəqqəti olaraq icra edir.

Qeyd edək ki, İsrail və ABŞ-ın zərbələri nəticəsində İranın dini lideri Əli Xamenei ölüb. Molla rejimi buna görə 40 gün matəm elan edib.

Həmçinin yoxlayın

Tehran yeraltı obyektlərində raket və dron istehsalını bərpa edib

GADTB: Molla rejimi yeraltı obyektlərdə raket və pilotsuz uçuş aparatlarının (PUA) istehsalını bərpa edib. Bəzi …

Molla rejimi məcburi hicaba qarşı çıxanları sıxışdırdığı və milyonlarla türkün ana dilində təhsil hüququnu məhdudlaşdırdığı halda, Azərbaycan Respublikasından hicablı qızları universitetlərində təhsil almağa dəvət edir – Video

GADTB: İranın elm naziri video paylaşaraq Azərbaycan Respublikasından hicablı qızları İran universitetlərində təhsil almağa dəvət …