Cümə , Sentyabr 18 2026
azfa

Sepah-ın maliyyə mərkəzinə hücum

GADTB: SEPAH Bankının məlumat mərkəzi və SEPAH-ın Xatəmül-Ənbiya Qərarganı raket hücumuna məruz qalıb.

SEPAH Bankının “Omid Computer Services”ə (bankın İT qolu) məxsus binaya texniki qruplar kiberhücumlarla mübarizə aparmaq üçün təcili növbədə olduğu vaxt zərbə endirilib. Bank tərəfindən bildirilib ki, öncə bütün xidmətlər sabit olub, ancaq mərkəzin dağıdılması bank şəbəkəsinin fəaliyyətinə yeni çətinlik gətirib.

Bankın strateji və hərbi xidmətlərə maliyyə dəstəyi verdiyi nəzərə alınaraq, ekspertlər hesab edirlər ki, hücum bu qüvvələrin maliyyə və lojistik dəstək strukturunu iflic etmək məqsədilə həyata keçirilib.

Bundan əlavə, Xatəmül-Ənbiya qərargahının sözçüsü açıqlayıb ki, ABŞ və İsraillə əlaqəli banklar artıq İslam Respublikasının hücumlarının qanuni hədəfi hesab ediləcək.

İranın dövlət mediası bildirir ki, hücum zamanı ən azı bir bank təhlükəsizlik işçisi həyatını itirib.

Həmçinin yoxlayın

Munir: Məkkə paktının işə salınması üçün tələb olunan vəziyyətin yarandığını düşünürəm

GADTB: Asim Munir bir xəbər şəbəkəsinə müsahibəsində bildirib ki, Məkkə sazişi “çox aydın mövqe” müəyyən …

ABŞ İran üzərində iqtisadi təzyiqi gücləndirmək üçün qlobal maliyyə qurumlarını bir araya gətirib

GADTB: ABŞ Maliyyə Nazirliyi beynəlxalq maliyyə qurumları ilə İran İslam Respublikasına qarşı “iqtisadi təcridetmə” əməliyyatının …