Cümə axşamı , Sentyabr 17 2026
azfa

WT: “İran Trampın Azərbaycan və Ermənistan arasındakı sülh planını sabotaj etməyə çalışır”

GADTB: “The Washington Times” qəzetinin analitik hesabatına görə, İran Donald Tramp administrasiyasının Ermənistan və Azərbaycan arasında təşəbbüs etdiyi sülh planını pozmağa çalışır.

Hesabatda qeyd olunur ki, Azərbaycanın Naxçıvan bölgəsinə İran tərəfindən son dron hücumu sadəcə regional gərginliyin yeni epizodu deyil. İranın məqsədi Cənubi Qafqazda sabitliyi pozmaq, Ermənistan və Azərbaycan arasında kövrək sülh prosesini əngəlləməkdir.

Məlumatda bildirilir ki, layihənin əsas elementlərindən biri TRIPP marşrutudur. Bu marşrut Ermənistan, Azərbaycan və onun Naxçıvan bölgəsini birləşdirərək əlaqələri gücləndirəcək, habelə, Orta Asiya, Qafqaz və Avropa arasında ticarət yollarını genişləndirəcək.

Tehran uzun müddətdir ki, Azərbaycan və onun Naxçıvan bölgəsi arasındakı nəqliyyat əlaqələrinin inkişafında əsas rol oynayıb. Yeni marşrutların yaradılması isə İranın regional təsirini zəiflədə bilər. Bu baxımdan, Naxçıvana edilən dron hücumları İranın yeni iqtisadi və nəqliyyat dəhlizlərinə qarşı çıxmağa hazır olduğunu göstərir.

Müəllif bildirib ki, İranın bu addımları gücdən çox zəifliyi nümayiş etdirir və Tehranın azalan təsiri fonunda regionu sabitsizləşdirməyə çalışdığı görünür.

Eyni zamanda, Azərbaycan İranın inqilab ideologiyasını qəbul etməyən, əhalisi şiə olan dünyəvi, müasir və dinamik inkişaf edən bir dövlət kimi təsvir olunur. Bundan əlavə, dili, mədəniyyəti və kimliyi Azərbaycanla sıx bağlı olan İranın şimal-qərbində milyonlarla etnik azərbaycanlı yaşayır. Bu kontekstdə, Tehran üçün uğurlu Azərbaycan Respublikasının mövcudluğu təkcə geosiyasi amil kimi deyil, həm də ideoloji bir problem kimi qəbul edilir./ Azad İran

Həmçinin yoxlayın

BMT Baş katibi: Hörmüz və Babülməndab boğazlarında gəmiçilik azadlığı tam təmin edilməlidir

GADTB: Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quttereş sentyabrın 16-da, BMT Baş Assambleyasının başlamasından əvvəl …

Rusiya İrana ABŞ obyektlərini vurmaq üçün kəşfiyyat məlumatları verib

GADTB: CNN iki amerikalı rəsmiyə istinadən yazıb ki, Rusiya İranın ABŞ-a məxsus obyektlərinə zərbələr endirməsi …