Trampdan İranın elektrik stansiyalarına hücumu 5 gün təxirə saldı

GADTB: ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” səhifəsində yazıb ki, mən Hərbi Nazirliyə göstəriş vermişəm ki, İranın enerji infrastrukturuna və elektrik stansiyalarına hər hansı hərbi zərbələri 5 günlük müddətə təxirə salsın.

Tramp yazıb: “Məmnuniyyətlə bildirirəm ki, Amerika Birləşmiş Ştatları və İran son iki gün ərzində Yaxın Şərqdə aramızdakı qarşıdurmanın tam və qəti həlli ilə bağlı çox yaxşı və məhsuldar danışıqlar aparıblar”.

 “Mən həftə ərzində davam edəcək bu dərin, ətraflı və konstruktiv müzakirələrin ümumi ruhu və məzmununu nəzərə alaraq Müharibə Nazirliyinə İrana məxsus elektrik stansiyaları və enerji infrastrukturuna qarşı bütün hərbi zərbələrin beş günlük müddətə təxirə salınması barədə göstəriş vermişəm. Bu qərar davam edən görüş və müzakirələrin uğurundan asılıdır”, – ABŞ lideri vurğulayıb.

Həmçinin yoxlayın

Evin həbsxanasında saxlanılan azərbaycanlı milli-mədəni fəal Səlar Tahir Əfşarın cəzası artırılıb

GADTB: Yayılan məlumatlara görə, Evin həbsxanasında saxlanılan azərbaycanlı siyasi məhbus Salar Tahir Əfsharin hökmü artırılıb. …

ABŞ ilə mümkün razılaşma İran mətbuatını iki cəbhəyə bölüb

GADTB: İran və ABŞ arasında müzakirə olunan mümkün razılaşma ölkə daxilində, xüsusilə də mətbuat orqanları …