Çərşənbə , Noyabr 18 2026
azfa

Axios: ABŞ ilə İran arasında danışıqlarda Türkiyə, Misir və Pakistan vasitəçilik edib

GADTB: Türkiyə, Misir və Pakistan ABŞ ilə İran arasında danışıqlarda vasitəçilik ediblər. Bu barədə “Axios” xəbər verib.

Qeyd edilib ki, Türkiyə, Misir və Pakistanın yüksək vəzifəli rəsmiləri ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoff və İranın xarici işlər naziri Abbas Əraqçi ilə ayrı-ayrılıqda danışıqlar aparıblar.

Həmçinin qeyd olunub ki, son iki gün ərzində Türkiyə, Misir və Pakistan gərginliyi azaltmaq məqsədilə ABŞ ilə İran arasında mesajların ötürülməsində vasitəçi rolunu oynayır.

Həmçinin yoxlayın

ABŞ hərbi rəsmisi Amerika qırıcılarının Qeşm adasında SEPAH-ın raket buraxılış məntəqəsinə hücum etdiyini təsdiqləyib

GADTB: 1405-ci il Aban ayının 26-da, çərşənbə axşamı günü Qeşm adasında partlayışların baş verməsi ilə …

İran İslam Respublikası atom bombası hazırlamaq üçün tam imkanlara malikdir

GADTB: İranın Fundamental Elmlər Tədqiqat İnstitutunun rəhbəri Məhəmməd Cavad Laricani İran İslam Respublikasının atom bombası …