Molla rejimi Şərqi Azərbaycanda təhlükəsizlik ittihamları üzrə 60-dan çox cinayət işi açıb

GADTB: Şərqi Azərbaycan vilayətində rejimin prokuroru “son hadisələr” fonunda bu bölgədə təhlükəsizlik məsələləri ilə bağlı 60-dan çox cinayət işinin açıldığını açıqlayıb.

Prokuror Hüseyn Məhəmmədzadənin sözlərinə görə, bu işlərdən 10-u “casusluq” ittihamı ilə bağlıdır. O bildirib ki, bəzi hallarda tətbiq oluna biləcək maksimum cəza qanunvericiliyə əsasən ən ağır sanksiyalar səviyyəsindədir.

Rəsmi əlavə edib ki, işlərin bir hissəsi artıq ittiham aktının tərtibi mərhələsinə çatıb və yekun qərarlar çıxarıldıqdan, həmçinin Ali Məhkəmədə təsdiqləndikdən sonra hökmlər qısa müddətdə icra olunacaq.

Bununla belə, saxlanılan şəxslərin kimliyi, onların nə vaxt və harada tutulduğu, eləcə də məhkəmə proseslərinin detalları barədə məlumat verilməyib.

Məlumatlar göstərir ki, son dövrlərdə – xüsusilə hərbi gərginlik və etirazlardan sonra – ölkə daxilində təhlükəsizlik tədbirləri sərtləşib və “casusluq” və “xarici qüvvələrlə əməkdaşlıq” ittihamları ilə bağlı həbslərin sayı artıb.

Həmçinin yoxlayın

WSJ: İran ABŞ ritorikasını yumşaltsa, danışıqlara hazırdır

GADTB: The Wall Street Journal qəzetinin məlumatına görə, İran vasitəçilər üzərindən ABŞ-a mesaj göndərərək, prezident …

Təbrizdə “Qlobal” şirkətinin zərərçəkmişləri və sürücülər etiraz aksiyası keçirib

GADTB: 5 ordibehişt 1405-ci il tarixində Təbrizdə “Qlobal” nəqliyyat şirkətinin sürücüləri və zərərçəkmişləri şəhər prokurorluğunun …