Bazar , Noyabr 15 2026
azfa

Tramp atəşkəsin müddətini uzatdı, dəniz blokadası davam edir

GADTB: ABŞ prezidenti Donald Tramp İranla bağlı atəşkəs rejimini uzadıb. Lakin dəniz blokadası daha kəskin şəkildə davam edəcək.

Bu qərarın Pakistan tərəfinin xahişi əsasında verildiyi bildirilir.

Məlumata görə, Tramp atəşkəsin Tehranın rəsmi təkliflərini təqdim etməsinə və danışıqlar prosesinin yekunlaşmasına qədər qüvvədə qalacağını açıqlayıb.

Tramp “Truth Social”-da yazıb: “İran hökumətinin ciddi şəkildə parçalanmış olması faktına əsaslanaraq – bu gözlənilməz deyil – və Pakistanın Feldmarşalı Asim Munir və Baş naziri Şahbaz Şərifin xahişi ilə İrana hücumumuzu onların liderləri və nümayəndələri vahid bir təkliflə çıxış edənə qədər təxirə salırıq.

Buna görə də, mən hərbçilərimizə blokadanı davam etdirməyi və bütün digər məsələlərdə hazır qalmağı əmr etdim; buna görə də, onların təklifi təqdim olunana və müzakirələr bir şəkildə yekunlaşana qədər atəşkəsi uzadacağıq. Prezident DONALD C. TRAMP”.

Həmçinin yoxlayın

İsrail molla rejiminə qarşı birtərəfli hücuma hazırlaşır

GADTB: İsrail mediası xəbər verir ki, İran İslam Respublikası tərəfindən təcili təhlükə əlamətlərinin olmamasına baxmayaraq, …

Təbriz, Marağa və Əhər UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə qoşulmaq yolunda

GADTB: Yaradıcı Şəhərlər İnstitutunun icraçı direktoru Təbriz, Marağa və Əhər şəhərlərinin UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə …