Şənbə , Aprel 25 2026
azfa

Paşinyan TRIPP üzrə işlərə bu il başlanılacağını deyir

GADTB: Ermənistanın Baş naziri Nikol Paşinyan əmindir ki, TRIPP layihəsi üzrə işlərə 2026-cı ildə başlanılacaq.

“Armenpress”-in məlumatına görə, bunu Nikol Paşinyan hakim “Vətəndaş Müqaviləsi” partiyasının seçkiqabağı proqramını təqdim edərkən bildirib.

“Hesablamalarıma görə, ən sürətli iş elektrik xətlərinin istismara verilməsi olacaq. Bu layihə həmçinin çoxlu iş yeri yaradacaq və ümid edirəm ki, biz Ermənistan vətəndaşlarını iş yerləri ilə təmin edəcəyik və şirkətlər başqa ölkələrdən işçi qüvvəsi cəlb etmək məcburiyyətində qalmayacaqlar”, – Paşinyan deyib.

Baş nazir qeyd edib ki, Gümrü-Türkiyə sərhədi ilə Yerasx (Arazdəyən)-Naxçıvan sərhədi dəmir yolu hissələrinin yenidən qurulmasını çox tez bir zamanda – 1-1,5 il ərzində həyata keçiriləcək.

Həmçinin yoxlayın

Təbrizdə silahlı şəxs öldürüldü

GADTB: Aprelin 23-də Təbrizdə atəş açan silahlı şəxsi polis qüvvələri öldürüb. Bu barədə yerli media …

İran–ABŞ danışıqlarının yenidən başlanması ehtimal edilir

GADTB: “Reuters” agentliyi üç pakistanlı mənbəyə istinadən İran və ABŞ arasında sülh danışıqlarının yaxın zamanda …