Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Molla rejimi indi də müxalifləri vətəndaşlığın ləğvi ilə hədələyir

GADTB: Molla rejimin parlamentinin üzvü Həsənəli Əxlaqi Əmiri İslam Respublikasına qarşı müharibəni dəstəkləyən İran vətəndaşlarına qarşı sərt tədbirlərin görülməsini təklif edib.

Əxlaqi Əmiri belə şəxslərin cəzalarının artırılmasını və hətta vətəndaşlıqdan məhrum edilməsini gündəmə gətirib.

O, bildirib ki, “sionist rejim və düşmən ölkələrlə təhlükəsizlik və milli maraqlara qarşı əməkdaşlıq” ən ağır nəticələrə səbəb olmalıdır. Onun sözlərinə görə, bu proses əmlakın müsadirəsi ilə başlayaraq vətəndaşlığın ləğvinə qədər uzana bilər.

Əxlaqi Əmiri vurğulayıb ki, İslam Respublikasına qarşı çıxan şəxslər yalnız hüquqi deyil, həm də inzibati-siyasi baxımdan ən yüksək səviyyədə məsuliyyətə cəlb edilməlidir.

Həmçinin yoxlayın

WSJ: “İran nüvə obyektlərini möhkəmləndirir”

GADTB: “The Wall Street Journal” (WSJ) qəzeti yazıb ki, İran mümkün yeni hərbi qarşıdurmaya hazırlaşır, …

Azərbaycanlı ekoloq fəal Milad Balsininin həbsdə saxlanılması davam edir, vəziyyəti barədə məlumat yoxdur

GADTB: Azərbaycanlı jurnalist və fəal Milad Balsinininin barəsində həbs qətimkan tədbirinin seçilməsindən 30 gündən çox …