Cümə axşamı , Sentyabr 17 2026
azfa

ABŞ Hind okeanında İran neftini daşıyan tankeri ələ keçirib

GADTB:ABŞ Hind okeanında neft tankerini ələ keçirib. Bu barədə ABŞ-ın Müharibə Nazirliyi məlumat yayıb.

Məlumata görə, “Majestic X” adlı tanker İran neftini daşıyıb.

Müharibə Nazirliyi hərbçilərin gəminin göyərtəsinə enməsini əks etdirən görüntüləri yayımlayıb.

Pentaqon yaydığı bəyanatda İrana maddi dəstək göstərən bütün gəmilərin saxlanılacağını vurğulayıb.

İran tərəfi hələlik məsələyə münasibət bildirməyib.

Həmçinin yoxlayın

BMT Baş katibi: Hörmüz və Babülməndab boğazlarında gəmiçilik azadlığı tam təmin edilməlidir

GADTB: Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quttereş sentyabrın 16-da, BMT Baş Assambleyasının başlamasından əvvəl …

Rusiya İrana ABŞ obyektlərini vurmaq üçün kəşfiyyat məlumatları verib

GADTB: CNN iki amerikalı rəsmiyə istinadən yazıb ki, Rusiya İranın ABŞ-a məxsus obyektlərinə zərbələr endirməsi …